IQNA

7:52 - January 18, 2021
Xəbər sayı: 3489068
Tehran (IQNA) -  Həzrət Zəhranın (s) şəhadəti münasibəti ilə keçirilən bu virtual dəyirmi masada dünyanın müxtəlif ölkələrinin dini, mədəni şəxsiyyətləri və media mənsubları iştirak edəcəklər.

Bu gün (Bazar Ertəsi, 18 Yanvar 2021) axşam saatlarında Beyəlxalq Aşura Fondu və "əl-Ümmətul-Vahidə" İslam Mərkəzinin təşəbbüsü ilə "Həzrət Zəhra (s) nübüvvətin ruhu və imamətin cövhəri" adlı beynəlxalq vebinar keçiriləcək.

Həzrət Zəhranın (s) şəhadəti münasibəti ilə keçirilən bu virtual dəyirmi masada dünyanın müxtəlif ölkələrinin dini, mədəni şəxsiyyətləri və media mənsubları iştirak edəcəklər.

Vebinarda  Beyəlxalq Aşura Fondunin icraçı direktoru Ayətullah Əxtəri, "əl-Ümmətul-Vahidə" İslam Mərkəzinin rəhbəri Seyid Fadi Seyyid, Livan əhli-sünnə alimi və Müqavimət Alimləri Birliyinin üzvü Şeyx Qazi Hüneynə, araşdırmaçı yazar Şeyx Tofiq Ələviyyə, İslami aktivist xanım Bətul Musəvi, araşdırmaçı və universitet ustadı xanım Zöhrə Saidi, ictiami fəal və şairə xanım Zəhra Mütəğərri və digərləri çıxış edəcəklər.

Tehran vaxtı ilə gecə saat 20:00-da keçiriləcək vebinarda qarşıdakı link vasitəsi ilə iştirak edə bilərsiniz: ZOOM

Vebinara giriş İD: 8506143468 (pass: 5648). /iqna

برگزاری وبینار بین‌المللی «حضرت زهرا(س)؛ روح نبوت و جوهر امامت»

 

Ad:
E-poçt:
* Comment:
* captcha: