IQNA

0:17 - February 15, 2021
Xəbər sayı: 3489275
Tehran (IQNA) - Pakistan dövləti Qurani-Kərimin çapı və nəşrindəki səhv və nöqsanların aradan qaldırılması və məqsədi ilə ölkənin konstitusiyasında düzəliş edib.

Tehran (IQNA) - Pakistan dövləti Qurani-Kərimin çapı və nəşrindəki səhv və nöqsanların aradan qaldırılması və məqsədi ilə ölkənin konstitusiyasında düzəliş edib.

Pakistan İslam Cümhuriyyətinin İslamabad əyaləti üçün nəzərdə tutulan bu dəyişiklik təsdiq edilməsi üçün Milli Məclisə göndərilib.

Qurani-Kərimin çap və nəşrinin irad, nöqsan və səhvlərinin aradan qaldırılması və çap və nəşrin standartlaşdırması hədəfi ilə hazırlanan bu layihə "Pak Quran Çapı" adlanır.

Layihə Milli Məclisdə təsdiq edildikdən sonra konstitusiyada Quranın çapı və nəşri barədə dəyişiklik ediləcək.

Pakistanın Dini İşlər Nazirliyinin verdiyi məlumata görə, bu layihə təsdiq edildikdən sonra bu qanun İslamabadda icra ediləcək. Qanunun icrasına bütün İslami məzhəblərdən olan Quran hafizi, Quran qariləri və din alimlərinin iştirakı ilə təşkil edilmiş "Qurani-Kərim Heyəti" nəzarət edəcək.

Bu heyət bundan öncə çap və nəşr edilmiş Quran nüsxələrinin düzəliş edilməsi, saytlarda gedən Quran nüsxələrinin yeni çap və nəşr ediləcək Quran nüsxəsi ilə eyniləşdirilməsi və islah edilmiş Quran nüsxəsinin çap və nəşri işinə baxacaq.

Layihə əsasında çap və nəşr ediləcək səhih Quran nüsxəsi Pakistanın İslami İşlər Nazirliyinin rəsmi saytına yüklənəcək.

Pakistanın bütün Quran naşirləri bundan sonra "Pak Qura Çapı" qanun layihəsinə əməl etməlidir.  Bu qanuna əməl etməyənlər üç il həbsə və ya nağd cəriməyə və ya hər ikisinə məhkum ediləcəklər. /3954044

Ad:
E-poçt:
* Comment:
* captcha: