IQNA

8:04 - March 13, 2021
Xəbər sayı: 3489442
Tehran (IQNA) -  ABŞ Demokratlar Partiyası deputatı İlhan Ömər Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin iclasında mövcud rəhbərliyin nüvə sazişi ilə bağlı siyasətinə etiraz edib.  

Tehran (IQNA) -  ABŞ Demokratlar Partiyası deputatı İlhan Ömər Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin iclasında mövcud rəhbərliyin nüvə sazişi ilə bağlı siyasətinə etiraz edib.  

ABŞ-ın Nümayəndələr Palatasında Minnesotanı təmsil edən Ömər ABŞ Dövlət katibi Entoni Blinkendən ABŞ-ın Nüvə Müqaviləsindən çıxmasını nəzərə alaraq niyə ilk növbədə İranın sazişə tabe olmasını tələb etdiyini soruşub.  

İlhan Ömər Blinkenə müraciət edərək "Hər iki tərəfin də qarşı tərəfin ilk addımı atmasını gözlədiyini nəzərə alsaq, İran danışıqlarında çıxılmaz vəziyyət yaradılmış kimi görünür. Aşkar həqiqət budur ki, sazişdən çıxan tərəf bizik", - deyib.  

İlhan Ömər Blinkendən "Niyə nüvə sazişinə yenidən qoşulmaq üçün ilk addımı biz atmamalıyıq?", - deyə soruşub.  

Suala cavab olaraq Blinken "Diplomatiyaya gedən yolun açıq olduğunu və buna tam hazır olduğumuzu aşkar bildirdik. Prezident dəfələrlə deyib ki, İran öz öhdəliyinə qayıtsa, biz də bunu edəcəyik və daha sonra sazişi daha uzun və daha güclü etmək də daxil olmaqla, digər mübahisəli mövzular üzərində səy göstərəcəyimizi söyləyib", - deyə bildirib. / eastnews

 

Ad:
E-poçt:
* Comment:
* captcha: