IQNA

11:23 - March 19, 2021
Xəbər sayı: 3489481
Tehran (IQNA) - Ətəyi “olduqca uzun” olduğu üçün müsəlman şagirdin ailəsini məhkəməyə verəcəyi ilə hədələyən Böyük Britaniyadakı məktəblərdən biri iddiasında imtina edərədək üzr istəyib.

Tehran (IQNA) - Ətəyi “olduqca uzun” olduğu üçün müsəlman şagirdin ailəsini məhkəməyə verəcəyi ilə hədələyən Böyük Britaniyadakı məktəblərdən biri iddiasında imtina edərədək üzr istəyib.

Londondan olan 12 yaşlı Siham Hamud yubkasının uzun olması səbəbi ilə dərslərdən uzaqlaşdırılıb. Üstəlik, qız buna görə dərslərə gələ bilmədiyi üçün onun ailəsi cərimələnə bilərdi. Müsəlman qız ay ərzində hər gün məktəbə gəlsə də, onu içəri buraxmayaraq evə geri göndərirdilər və ətəyini daha qısası ilə əvəz etməyi tələb edirdilər.

Maraqlısı budur ki, müsəlman qız həmişə bu cür uzun ətəklə dərslərdə iştirak edə bilirdi və heç bir problem yaranmırdı. Lakin 2020-ci ilin dekabr ayında məktəb rəhbərliyi bildirib ki, onun xarici görkəmi məktəbli forması ilə uyğun deyil.

İlk məhkəmə iddiasından 3 ay sonra Aksbric orta məktəbi öz qərarını ləğv edib.

Sihamın atası İdris Hamud deyib ki, istintaq dövrü ailə üçün çox çətin keçib və o, bu xəbəri eşitdikdə rahatlayıb.

“Biz olduqca şadıq ki, Siham dərslərini bərpa edə bildi”, – deyə qızın atası bildirib və əlavə edib ki, artıq Siham uzun ətəklə məktəbə gedə biləcək.

Bəyanatda deyilir ki, məktəb üzrxahlıq məktubu da göndərib.

Ad:
E-poçt:
* Comment:
* captcha: