IQNA

16:13 - April 09, 2021
Xəbər sayı: 3489588
Çaudrinin qohumunun sözlərinə görə, onun əmisi köməksiz, ziyansız olub, çətinliklə hərəkət edirdi və onun bıçaqla hücum etməsi qeyri-mümkün idi.

Ağır xəstə olan müsəlman kişini öz evindəcə qətlə yetirmiş Kanada polisinə qarşı heç bir ittiham irəli sürülməyəcək.

2020-ci ilin iyun ayında şizofreniya və digər ciddi xəstəliklərdən əziyyət çəkən 62 yaşlı İcaz Əhməd Çaudrinin evinə təxirə salınmaz reaksiya dəstəsi gedib. Həkimlər Çaudrinin psixi problemi əleyhinə dərmanların qəbulunu dayandıra bilməsindən narahat idi, bu isə onun rəftarında özünü əks etdirə bilərdi. Lakin Ontario əyalətinin yaşlı sakininə kömək etməyin əvəzinə, Çaudrinin evinə gələn əməkdaşlardan biri onu güllələyib.

Pois Sara Ppatten mənzilə daxil olan kimi İcazın sinəsinə 2 dəfə atəş açıb. Xüsusi araşdırma idarəsinin başçısı Cozef Martino hesab edib ki, polis əməkdaşı əsaslı şəkildə hərəkət edib və cinayət törətməyib, çünki xəstənin əllində mətbəx bıçağı olub, polis isə ingilis dilində ona bıçağı yerə atmasına dair xəbərdarlıq edib. Lakin polis pakistanlı yaşlı kişinin ingilis dilini pis başa düşməsi və tanımadıqları insanların göstərişlərini yerinə yetirmək halında olmaması faktını nəzərə almayıb.

Çaudrinin qohumunun sözlərinə görə, onun əmisi köməksiz, ziyansız olub, çətinliklə hərəkət edirdi və onun bıçaqla hücum etməsi qeyri-mümkün idi.

Çaudri ailəsinin vəkili bildirib ki, mərhumun qohumları araşdırmanın nəticələrindən məyus olublar.

“İcaz heç bir cinayət törətməyib. O, bütün bunlara layiq deyildi”, – deyə vəkil qeyd edib. /Şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: