IQNA

Polad Həşimovun ailəsinə general Qasim Süleymani medalı verildi - Foto

9:56 - April 29, 2021
Xəbər sayı: 3489712
İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Ali Dini Lider Həzrət Ayətullah Seyid Əli Xameneinin Bakıdakı rəsmi nümayəndəsi general Polad Həşimovun ailəsini ziyarət edib.

İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Ali Dini Lider Həzrət Ayətullah Seyid Əli Xameneinin Bakıdakı rəsmi nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnejat general Polad Həşimovun ailəsini ziyarət edib.

 Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.
 
Səfir bildirib ki, səfirliyin hərbi attaşesi və Ali Rəhbərin Azərbaycan üzrə nümayəndəsi Seyid Əliəkbər Ocaq Necat ilə birlikdə general şəhid Polad Həşimovun evində olduq. 
 
"Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik."
 
 
 
 
 
 
 
captcha