IQNA

19:13 - May 13, 2021
Xəbər sayı: 3489815
13 may 2021-ci il, səhər saatlarında işğal edilmiş Fələstin torpaqlarında yaşayan müsəlmanlar Əqsa məscidində Fitr bayramı namazı qılıblar.

13 may 2021-ci il, səhər saatlarında işğal edilmiş Fələstin torpaqlarında yaşayan müsəlmanlar Əqsa məscidində Fitr bayramı namazı qılıblar.
Müsəlmanlar Fitr bayramı namazını işağlı və sionist yəhudilərin ciddi təhlükəsizlik tədbirlərinin mühasirəsində qılıblar.  Fitr bayramı namazı üçün Əqsa məscidinə gələn 100 mindən çox fələstinli Qüdsü və Əqsa məscidini dəstəkləyən şüarlar səsləndiriblər və Qüdsün azadlığı üçün müsəlmanları birliyə dəvət ediblər.
Sionist rejim qüvvələri yalnız yaşlı insanların Əqsa məscidinə girişinə icazə verib. Məscidə girə bilməyən gənclər məscidin çölündə küçədə namaz qılıblar. 
Namazdan sonra fələstinlilər Qəzza əhalisinə dəstək şüarları səsləndirib. Qəzzadakı müqavimət qüvvələrinin qələbəsi üçün dua ediblər.  “Ya Allah  Qəzzaya yardım et” şüarları səsləndiriblər. /iqna
     
 
Ad:
E-poçt:
* Comment:
* captcha: