IQNA

Bəqi qəbristanlığında dəfn olunan İmamların hərəminin zərihinin maketi hazırlanıb - Foto

6:30 - May 21, 2021
Xəbər sayı: 3489862
“Bəqi, Əhli-beyt (ə) və Peyğəmbərin (s) səhabələrinin hərəmi” beynəlxalq toplantı çərçivəsində təqdim olunan zərihi İranlı mühəndis Həmid Səffarniya hazırlayıb.

Bəqi qəbristanlığında dəfn olunan İmamlar üçün hazrlanmış zərihin maketinin təqdimatı olunub. 
“Bəqi, Əhli-beyt (ə) və Peyğəmbərin (s) səhabələrinin hərəmi” beynəlxalq toplantı çərçivəsində təqdim olunan zərihi İranlı mühəndis Həmid Səffarniya hazırlayıb.
Zərih Bəqi qəbristanlığında yerləşən İmamların hərəminin içərisindən 125 il  qabaq  hərəmin binası dağıdılmamışdan öncə Almaniyalı fotoqraf tərəfindən çəkilmiş foto üzərindən hazırlanıb. 
Hazırlanmış maketin ölçüsü 210x210 santimetrdir. Polad, dəmir və plastikdən hazırlanıb. 
Qeyd edək ki, 8 şəvval – Bəqi qəbristanlığının vəhhabilər tərəfindən dağıdılmasının ildönümü münasibətilə Qum şəhərində Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin ofisində müxtəlif ölkələrdən ekspertlərin iştirakı ilə “Bəqi, Əhli-beyt və Peyğəmbərin səhabələrinin hərəmi” adlı beynəlxalq toplantı keçirilib.   
 
 
captcha