IQNA

Rusiya Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanına müraciət etdi

10:08 - May 25, 2021
Xəbər sayı: 3489900
Rusiya Müsəlmanları İdarəsi (RMİ) Səudiyyə Ərəbistanına Həcc ziyarəti ilə bağlı müraciət edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Rusiya Müsəlmanları İdarəsi (RMİ) Səudiyyə Ərəbistanına Həcc ziyarəti ilə bağlı müraciət edib.  

Məlumata əsasən, RMİ sədrinin müavini və Rusiya Müftilər Şurasının sədri Ruşan Abbyasovun müraciətində koronavirusa qarşı peyvənd edilmiş zəvvarların ölkəyə buraxılması xahiş olunur.

Səudiyyə Ərəbistanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi preparatlarla peyvənd olunmuş zəvvarların Həcc ziyarətinə buraxılması barədə qərar qəbul edib. “Sputnik V” peyvəndi isə ÜST tərəfindən qəbul edilməyib.    

Bu səbəbdən RMİ “Sputnik V” vaksini ilə peyvənd olunmuş zəvvarların da Həcc ziyarətinə buraxılmasına icazə verilməsini xahiş edib. 

captcha