IQNA

12:12 - June 13, 2021
Xəbər sayı: 3490050
Kanadanın Edmonton şəhərinin "Təsnim Birliyi"nin təşəbbüsü ilə "kəramət on günlüyü"ndə İmam Rzanın (ə) mübarək mövludu münasibəti ilə müsabiqə keçiriləcək.

Kanadanın Edmonton şəhərinin "Təsnim Birliyi"nin təşəbbüsü ilə "kəramət on günlüyü"ndə İmam Rzanın (ə) mübarək mövludu münasibəti ilə müsabiqə keçiriləcək.

İmam Əli ibn Musa ər-Rzanın (ə) viladəti münasibəti ilə dini incəsənət mövzusunda təşkil edilən bu yarış "Səkkizinci Sənət" adı ilə keçiriləcək.

Yarış iştirakçıları İmam Rzanın (ə) hərəminin minarələri təsvir edilmiş yarımçıq bir şəkili öz zövq və səliqələri əsasında tamamlamalıdırlar.

Şəkili tamamlamaq üçün rəsm, foto, şeir, ürək sözü, nəsr və sair incəsənət növlərindən istifadə etmək olar.

Müsabiqə iştirakçıları öz əsərlərini İyun ayının 15-dək qarşıdakı elektron ünvanlara göndərə bilərlər:

Telegram: @tasnimsociety

E-mail:       info@tasnim.org

Yarışın qaliblərinə İmam Rzanın (ə) mövlud mərasimində qiymətli hədiyyələr veriləcək.

Qeyd edək ki, "Təsnim Birliyi" Quran, din, mədəniyyət, incəsənət, təlim və təhsil və əyləncə proqramları üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. / iqna

Yarış iştirakçıları aşağıdakı fotounu tamamlamalıdırlar:

مسابقه ویژه میلاد امام رضا(ع) در ادمونتون کانادا

Ad:
E-poçt:
* Comment:
* captcha: