IQNA

Xanım Zeynəbin (s.ə) hərəmi üçün Quran kitabələrinin istehsalı başa çatdı

11:24 - July 10, 2021
Xəbər sayı: 3490245
Həzrət Abbas (ə) hərəminin pəncərə və qapı istehsalı şöbəsinin sənətkarları Xanım Zeynəbin (s.ə.) ziyarətgahının yeni pəncərəsi üçün Quran kitabələrinin istehsalını başa çatdırıblar.

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahına bağlı olan şərəfli ziyarətgahların pəncərə və qapı istehsalı şöbəsində çalışan heyət, istehsalı hazırda davam edən Xanım Zeynəbin (s.ə.) ziyarətgahının yeni pəncərəsi üçün Quran kitabələrinin istehsalını başa çatdırıblar.

"Deyerler"in verdiyi xəbərə görə, bu barədə şöbənin müdiri cənab Nazim Əl-Qarabi məlumat verib: “Xanım Zeynəbin (s.ə) ziyarətgahının pəncərələri ilə əlaqəli işlər bu məqsədlə tərtib edilmiş bir iş planına əsasən həyata keçirilir. Quran kitabələri pəncərə üçün hazırlanan ilk hissələrdən və parçalardan biri hesab olunur.

Pəncərənin qızılı zərihinin üstündəki Quran kitabəsinə “İnsan” surəsinin ayələri yazılıb. Qurani kitabəsi misdən hazırlanmış metal lövhədir.

19 santimetr hündürlükdə, 16,78 metr uzunluğunda və 5 millimetr qalınlığında olan lövhə hər tərəfdən pəncərəni əhatə edir”. /alkafeel

 

Ad:
E-poçt:
* Comment:
* :