IQNA

11:41 - July 17, 2021
Xəbər sayı: 3490307
Səudiyyə Ərəbistanından olan heykəltəraş Husban bin Əhməd Ali Ənizinin adı Ginnesin Rekordlar Kitabına daxil edilə bilər.

Səudiyyə Ərəbistanından olan heykəltəraş Husban bin Əhməd Ali Ənizinin adı Ginnesin Rekordlar Kitabına daxil edilə bilər.

Adıçəkilən heykəltəraş Qurani-Kərimin bütün mətnini mərmərə həkk edib.

Sənətkar çoxlu zəhmət və diqqət tələb edən bu işi – 114 surənin daş üzərinə həkk edilişini 8 ilə başa çatdırıb.

O, özünün bu möhtəşəm işində yaşıl çalarlı mərmərdən və Osmani şriftindən istifadə edib.

Müsəlman heykəltəraş müsəlmanların müqəddəs kitabının bütün mətnini həkk etmək üçün 30 mərmər plitədən istifadə edib.

Ali Ənizi jurnalistlərlə söhbəti zamanı deyib ki, peşə yoluna 2000-ci illərdə başlayıb və daş üzərində həkk etdiyi ilk kitab da dini kitab olub.

Onun sözlərinə görə, ərəbistanlı sənətkarların vətəni hesab edilən doğra Tabuk şəhərində incəsənət məktəbi açmağı planlaşdırır. /iqna

 
Ad:
E-poçt:
* Comment:
* captcha: