IQNA

FOTO | Zəvvarlar "ƏRƏFAT" səhrasında vüquf ediblər

10:34 - July 20, 2021
Xəbər sayı: 3490340
Kəbə evinin ziyarətçiləri ötən gün (19 İyul 2021) Həcc ayinlərinin davamında ƏRƏFAT adlanan səhrada vüquf ediblər (dayanıb gecələmək) və Allah-Taaladan bağışlanmaq diləyiblər.

Kəbə evinin ziyarətçiləri ötən gün (19 İyul 2021) Həcc ayinlərinin davamında ƏRƏFAT adlanan səhrada vüquf ediblər (dayanıb gecələmək) və Allah-Taaladan bağışlanmaq diləyiblər.

"əl-Vəfd" informasiya agentliyi hacıların Həcc ayinlərinin icrasını canlı izləmək istəyənlər üçün link yaradıb. Həcc ayinlərinə tamaşa etmək istəyənlər qarşıdakı linkə keçərək bu ayinləri onlayn izləyə bilərlər: HƏCC-2021

Qeyd edək ki, Ərəfə günü Qurban bayramından bir gün öncəyə deyilir, yəni Zil-Hiccə ayının 9-u Ərəfə günü və Həcc günlərinin ikincisidir.

Ərəfə günü hacılar Zöhr azanından Məğrib azanınadək ƏRƏFAT adlanan səhrada vüquf edirlər. Əgər hacılar bu əməli yerinə yetirməsələr onların həcc əməli batil sayılır.

Ərəfə günü müsəlmanlar üçün ilin ən fəzilətli və üstün günlərindən biridir. Bu gün üçün hədislərdə xüsusi əməllər tövsiyə edilib, o cümlədən dua, istiğfar və İmam Hüseynin (ə) ziyarəti.

Hacılar Ərəfə günü bir yerə toplaşır və kütləvi dua və istiğfar edirlər. / iqna

Ad:
E-poçt:
* Comment:
* :