IQNA

10:54 - August 14, 2021
Xəbər sayı: 3490512
İmam Hüseynlə (ə) birlikdə Kərbəlada şəhid olanlar azlıq təşkil etsələr də, onların həyatına, söz və rəftarlarına ötəri bir nəzər saldıqda, onların mömin, vəfalı, fədakar və paklıqlarının şahidi oluruq.
İmam Hüseynlə (ə) birlikdə Kərbəla hadisəsində şəhadətə çatanlar azlıq təşkil etsələr də, onların həyatına, yadigar qalan söz və rəftarlarına ötəri bir nəzər saldıqda, onların mömin, vəfalı, fədakar və paklıqlarının şahidi oluruq.
Bu həqiqətin aydın sübutu İmam Hüseynin (ə) Aşura gecəsində öz dostlarını vəsf edərkən belə buyurmasıdır:
 
إِنِّی لا أَعْلَمُ أَصْحاباً أَوْلى وَ لا خَیْراً مِنْ أَصْحابِی، وَ لا أَهْلَ بَیْت أَبَرَّ وَ لا أَوْصَلَ مِنْ أَهْلِ بَیْتِی، فَجَزاکُمُ اللّهُ عَنِّی جَمیعاً خَیْراً، أَلا وَ إِنِّی لاَظُنُّ یَوْمُنا مِنْ هؤُلاءِ الاَعْداءِ غَدَاً، أَلا وَ إِنِّی قَدْ أَذِنْتُ لَکُمْ، فَانْطَلِقُوا جَمیعاً فی حِلٍّ، لَیْسَ عَلَیْکُمْ مِنِّی ذِمامٌ،
 
“Mən öz köməkçilərim və səhabələrimdən üstün və yaxşısını, öz əhli-əyalımdan da xeyirxah və itaətkarını tanımıram. Allah mənim tərəfimdən sizin hamınıza xeyirli mükafat əta etsin. Mən bilirəm ki, sabah bizim işimiz bu düşmənlərlə necə olacaq. Mən sizə icazə verir və beyətimi sizin üzərinizdən götürürəm, artıq mənim tərəfimdən sizin öhdənizdə heç bir əhd-peyman yoxdur.” (“Tarixi-Təbəri”, 4-cü cild, səh.317.)
 
فَهذَا اللَّیْلُ قَدْ أَقْبَلَ فَقُومُوا وَ اتَّخِذُوه جَمَلا، وَلْیَأْخُذْ کُلُّ رَجُل مِنْکُمْ بِیَدِ صاحِبِهِ أَوْ رَجُل مِنْ إِخْوَتِی وَ تَفَرَّقُوا فِی سَوادِ هذَا اللَّیْلِ وَ ذَرُونِی وَ هؤُلاءِ الْقَوْمَ، فَإِنَّهُمْ لا یَطْلُبُونَ غَیْرِی، وَ لَوْ أَصابُونِی وَ قَدَرُوا عَلى قَتْلی لَما طَلَبُوکُمْ؛
 
“Artıq qaranlıq sizə üz gətirib. Ayağa qalxın və bu qaranlıqdan minik tək istifadə edin (və bu məntəqədən uzaqlaşın). Bu gecənin qaranlığında sizdən hər biriniz mənim yaxınlarım və qardaşlarımdan birinin əlindən tutub pərakəndə olun. Məni bu zümrə ilə tək-tənha buraxın ki, onlar yalnız məni (tutmaq-öldürmək) istəyir, əlləri mənə çatdıqda və məni qətlə yetirdikdə, artıq sizinlə işləri olmayacaq.” (“Əl-fütuh”, İbn Əsəm, 5-ci cild, səh.169-170.)
 
Bununla belə, səhabələr İmam Hüseyndən (ə) ayrılmadılar, o Həzrəti tək qoymadılar.
 
Tarixdə göstərilir ki, İmam Hüseyn (ə) Aşura gecəsi düşməndən möhlət istədi. Səhabələri ilə birgə fürsətdən layiqincə istifadə etdi, gecəni namazla, Quran tilavəti ilə, dua ilə, raz-niyazla məşğul oldu.
Həqiqətdə, o böranlı vəziyyətdə, nəinki Allahdan ayrılmadı, rabitəsini daha da möhkəmlətdi. İmamın səhabələri də öz İmamına iqtida edərək Rəbbinə sığındılar, dünyalarının son gecəsi axirətlərinin abadlığı haqda düşündülər.
O gecənin raz-niyaz və Quran səsləri düşmən ordusu üçün də bir xatirəyə çevrildi. İmam sübut etdi ki, həm özü, həm də vəfalı səhabələri ən təhlükəli şəraitdə belə, dindən əl çəkmədilər. Məhz bu səbəbdən də, Aşura günü İmam Hüseynin (ə) sədaqətli səhabələri şücaətlə döyüşdülər, ölümdən qorxmadılar, eşq və şövqlə canlarını Allah yolunda qurban verdilər.
 
Maide.az – Maarif bölümü
Ad:
E-poçt:
* Comment:
* captcha: