IQNA

16:32 - September 24, 2021
Xəbər sayı: 3490804
Fələstinin Qəzza zolağının Rəfəh şəhərinin küçələrində Quran hafizi olan 140 uşaq və yeniyetmə piyada yürüşü təşkil ediblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Qəzza zolağının Rəfəh şəhərinin küçələrində Quran hafizi olan 140 uşaq və yeniyetmə piyada yürüşü təşkil ediblər.

Quran hafizi yeniyetmələrin "parlaq simalar" adlanan bu yürüşü Rəfəh şəhərinin əl-Əbrar məscidinin təşəbbüsü ilə keçirilib.

Yürüşdə iştirak edən Quran hafizləri əllərində Qurani-Kərimin nüsxələrini tutaraq şəhərin küçələrində hərəkət ediblər.

Bu yürüş Rəfəh şəhərinin əl-Əbrar məscidinin uşaq və yeniyetmələrə Quran hifzini və sağlam İslami rəftarların öyrədilməsi və təbliği hədəfi ilə keçirilib.

Qeyd edək ki, yeniyetmə Quran hafizlərinin yürüşü Qurani-Kərimin Əbəsə surəsinin 38-ci ayəsinə istinadən "parlaq simalar" adlanıb. / iqna / 3999755 /   

Ad:
E-poçt:
* Comment:
* captcha: