IQNA

17:35 - November 03, 2021
Xəbər sayı: 3491126
Əslən Banqladeşli qadın, Nyu York Şəhər Şurasının ilk müsəlman üzvü seçilib. O, şəhərdəki bütün azlıqların və müsəlmanların təhlükəsizliyi üçün çalışacağına söz verib.

İQNA-nın "New York Times"-a istinadən verdiyi xəbərə əsasən, Nyu-York şəhərində dünyanın hər yerindən müxtəlif əhali var. Amma şəhər şurasında heç vaxt indiyə qədər asiyalı və ya müsəlman üzvü olmayıb.

Şahanə Hənif, Bruklin bölgəsində şəhər şurası seçkilərində qalib gələndə vəziyyət dəyişdi.

Əslən Banqladeşdən olan Hənif, tarixdə şuraya seçilən ilk müsəlman qadındır. Bu şəhərdə təxminən 769 min müsəlman yaşayır. O, iki asiyalı namizədindən biri idi.

Şahanə Hənif, açıqlamasında bildirib ki, şəhər şurasındakı ilk müsəlman qadın və öz dairəsində dini təmsil edən ilk qadın olmaqdan qürur duyur.

O, şəhərdəki bütün azlıqların və müsəlmanların təhlükəsizliyi üçün çalışacağına söz verib.

4010195

Ad:
E-poçt:
* Comment:
* captcha: