IQNA

14:22 - November 24, 2021
Xəbər sayı: 3491256
Hindistanda qeyri-hökumət təşkilatı tərəfindən aparılan sorğu bəzi müsəlmanların tibbi yardım alarkən ayrı-seçkiliyə məruz qaldığını müəyyən edib.

İQNA, "Scroll"-a istinadən xəbər verir ki, Aksfam Hindistan qeyri-hökumət təşkilatının keçirdiyi sorğuda Hindistan müsəlmanlarının təxminən 33%-i dinlərinə görə xəstəxanalarda ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib. Nəticələri yeni dərc olunan sorğuda 28 əyalət və beş regiondan ümumilikdə 3890 nəfər iştirak edib.

Sorğu zamanı o da məlum olub ki, qadınların 35%-də qadın həkim çatışmazlığı ilə üzləşirlər. Nəticədə, onlar həkim otağında başqa qadın həkimin iştirakı olmadan kişi həkim tərəfindən fiziki müayinədən keçməlidirlər.

Bu sorğu, Hindistan Milli İnsan Hüquqları Komissiyası tərəfindən hazırlanmış Xəstə Hüquqları Xartiyasının icrasını qiymətləndirməyə çalışıb. Bu sorğunun məlumatları 2021-ci ilin fevralından aprel ayına qədər toplanıb.

4015647

Ad:
E-poçt:
* Comment:
* captcha: