IQNA

Universitetdə qız tələbələri, qadın zabitlər yoxlamalıdır

10:06 - December 07, 2021
Xəbər sayı: 3491324
Uqandadakı bir universitetin müsəlman tələbələri, qız tələbələri yoxlamaq üçün qadın zabitləri çağırıb.

"İQNA", "Observer"-ə istinadən xəbər verir ki, Müsəlman qız tələbələrini hicablarını çıxartmağa məcbur edən bir polis məmurunun videosu yayıldı. Bu da, Kyamboqo Universitetinin tələbələrini müsəlman qadın zabitlərin təhlükəsizlik keçid məntəqələrində yerləşdirilməsinə çağırmağa vadar edib.

Uqanda Müsəlmanları Ali Şurasının (UMSC) Təhsil Katibi Şeyx Bəxit Koko, zabitin hərəkətini Uqanda Konstitusiyasına əsasən dini azadlığın pozulması kimi qiymətləndirərək deyib: "Bu hərəkət müsəlman qız tələbələrin hörmətsizlikdir."

Bundan əvvəl də həmin universitetdə analoji hadisə baş vermişdi. Həmin hadisədə hicabını çıxartmaqdan imtina etdiyi üçün tələbə qızın universitetə ​​buraxılması qadağan edilmişdi.

Qeyd edək ki, Uqandanın 45 milyon əhalisinin təxminən 9 milyonu müsəlmandır.

Ad:
E-poçt:
* Comment:
captcha