IQNA

Qadınlara məxsus Quran təfsiri müəllimləri beynəlxalq təlim kursu

20:56 - December 16, 2021
Xəbər sayı: 3491391
Qadınlar üçün Quran elmləri və Təfsiri Müəllimlərinin Hazırlanması üzrə Beynəlxalq Kurs, virtual olaraq Livanın Seyyidətü Nisail-Aləmin İnstitutu tərəfindən keçirilir.

"İQNA", Livandan xəbər verir ki, "Ərbəiniyatul-Quran" adlı bu virtual kurs, hazırda keçirilir. Bu kursda Livandan olan iştirakçılarla yanaşı, İraq və Körfəz ölkələrindən də həvəskarlar var.

Təxminən bir il əvvəl başlayan "Ərbəiniyyətul-Quran" kursu, WhatsApp vasitəsilə keçirilir. Bu kursda 31 livanlı Quran müəllimi dərs deyir.

Quranın sayəsində dindar qadınların şəxsiyyətinin formalaşması, Quran təfsiri və elmləri sahəsində qadın müəllimlərin hazırlanması, Quran sahəsində qadın müəlliflər yetişdirmək və müxtəlif mədəni və intellektual ərsələrdə Quranın təbliği və maarifləndirilməsi sahəsində ixtisaslaşmış qadın kadrların hazırlanması bu kursun məqsədlərindəndir.

4021328

Ad:
E-poçt:
* Comment:
captcha