IQNA

Türkiyədə Quran hafizləri mükafatlandırılıb

13:37 - December 21, 2021
Xəbər sayı: 3491415
Ankarada bu ölkənin Diyanət İşləri İdarəsinin rəhbəri Əli Ərbaşın iştirakı ilə Türkiyədə Qurani-Kərim hafizlərinin mükafatlandırılma mərasimi keçirilib.

"İQNA", "Newtürk Post"-a istinadən xəbər verir ki, Əli Ərbaş bu mərasimdə ki, ən yaxşı insanların Quranı öyrənib başqalarına öyrədənlər olduğuna işarə edərək vurğulayıb: "Allah-Təala Quranı qiyamətə qədər qoruyub saxlayacaq. Quranı əzbərləyən şəxs bu ilahi kitabı qorumaq üçün ən mühüm vasitədir."

O, bildirib ki, Qurani-Kərim ilahi möcüzədir. Quranın xüsusiyyətlərindən bir budur ki, onu asanlıqla əzbərləmək olur.

Ərbaş Türkiyədə 170.000-dən çox Quran hafizi olduğunu bildirərək bunları söyləyib: "Müsəlmana verilə biləcək ən böyük rütbə, dünyanın bütün titullarından yüksək olan Hafiz tituludur."

Bu mərasimdə Türkiyə Diyanət İşləri İdarəsinin rəisi Quran hafizlərinə, müəllimlərə və Quran müəllim heyətinə təşəkkür lövhəsi təqdim edib.

4022310

Ad:
E-poçt:
* Comment:
captcha