IQNA

Alman İslam Xeyriyyə Cəmiyyətləri, ayrı-seçkilik və qərəzli münasibətlərlə belə sosial xidmətlərə davam edir

14:09 - December 30, 2021
Xəbər sayı: 3491477
Almaniyada müxtəlif sahələrdə müsəlman və qeyri-müsəlman icmalarına xidmət edən çoxlu xeyriyyə təşkilatları var. Ancaq bu sahədə əksər müsəlman təşkilatları və fəalları ayrıseçkilik, qərəz və mənfi təəssübkeşliklə mübarizə aparır.

"İQNA", xəbər verir ki, 2019-cu ildə aparılan bir araşdırma göstərdi ki, Almaniyada 5,3-5,6 milyon müsəlman yaşayır, onların əksəriyyəti Almaniyaya başqa ölkələrdən mühacirət edib. Bu rəqəm ölkə əhalisinin 6,4-6,7 faizini əhatə edir. Həmçinin, Almaniya İslam təşkilatlarının verdiyi bəzi qeyri-rəsmi hesablamalar Almaniyada 7 milyon müsəlmanın olduğunu göstərir.

Bu ölkədə bir neçə İslam təşkilatı var ki, onlar maarifləndirmə və təbliğat kimi məsələlərlə yanaşı, xeyriyyəçilikdə də fəallıq göstərirlər. Almaniyada çoxlu İslam xeyriyyə təşkilatları var.

Mainzdəki İohannes Qutenberq Universitetinin ustadı Konstantin Vaqner, hesab edir ki, Alman cəmiyyəti xeyriyyə təşkilatlarını və xeyriyyəçiləri daxili və kənar şəxslərə bölür. Onun sözlərinə görə, Almaniyada humanitar və könüllü fəaliyyətlərdə müsəlmanlar mühüm rol oynayırlar. Amma ictimai rəy onlara inanmır. Hətta ölkənin qeyri-müsəlman xeyriyyə təşkilatlarında olan müsəlman və rəngli könüllülər də irqçi davranışlarla üzləşirlər.

O bildirib ki, müsəlman könüllülər humanitar fəaliyyətlərdə iştirak edərkən bir çox problemlərlə üzləşirlər.

4024441

Ad:
E-poçt:
* Comment:
captcha