IQNA

Mehdi əl-Müşat: İslam ümməti İsrailin layihələri ilə mübarizə üçün birliyə ehtiyac duyur

9:38 - May 30, 2026
Xəbər sayı: 3500434
İQNA – Yəmən Ali Siyasi Şurasının sədri çıxışında vurğuladı: İslam ümməti İsrailin şər layihələri ilə mübarizə aparmaq üçün birliyə və hazırlığa ehtiyac duyur.

“İQNA”-nin “əl-Mayadin”-ə istinadən verdiyi xəbərə görə, Yəmən Ali Siyasi Şurasının sədri Mehdi əl-Müşat vurğuladı: İslam ölkələri hazırkı şəraitdə Sionist rejimin planları ilə mübarizə aparmaq üçün hər zamankindən daha çox birliyə, həmrəyliyə və hazırlığa ehtiyac duyurlar.

Əl-Müşat qeyd etdi: Düşmənlərimizə qarşı mübarizəmiz on ildən çoxdur davam edir, bu müddət ərzində döyüşün başlıqları və meydanları dəyişdi, lakin düşmən öz fitnə və hiylələrindən əl çəkməyib.

O əlavə etdi: Bütün dünyadan Həcc zəvvarının Ərəfat səhrasında vahid geyim və ortaq şüarlarla iştirakı İslam birliyi prinsiplərini möhkəmləndirir.

Yəmən Ali Siyasi Şurasının sədri bildirdi: İslam ümməti bu mərhələdə "Böyük İsrail" layihəsi ilə mübarizə aparmaq üçün birliyə, sıraların həmrəyliyinə və gücünü hazırlamağa ehtiyac duyur.

Əl-Müşat həmçinin vurğuladı: Bu qrupun sabit mövqeləri Fələstin, Livan və İranda İslam ümmətinin məsələlərini dəstəkləmək, həmçinin böyük Yəmən xalqının haqlarına nail olmaq üçün səy göstərməkdir və bu məsələlərə bağlıdır.

O, sözlərinə belə yekun vurdu: Biz fitnələrin təhlükəsini dərk edib ondan agah olduğumuz müddətcə, düşmənlər öz məqsədlərinə çata bilməyəcəklər və məlumat silahı hər zaman hər kəsin ixtiyarında olmalıdır.

4354652

Teqlər: yəmən ، islam ümməti ، israil ، birlik
captcha