“İQNA”-nın "Şəfa" fələstin xəbər şəbəkəsinə istinadən verdiyi xəbərə görə, işğal altındakı Qüds şəhərinin İslam Vəqfləri İdarəsi bu gün səhər bildirib: İşğalçıların tətbiq etdiyi çətinliklər və məhdudiyyətlərə baxmayaraq, təxminən 140 min namaz qılan, mənəvi və imani bir mühitdə Məscidül-əqsanın həyətlərində Qurban bayramı namazını qılıb.
Məscidül-əqsanın həyətləri və namazgahları bu gün səhər tezdən işğal altındakı Qüds şəhərindən, Qərbi Şəriədən və 1948-ci il işğal olunmuş ərazilərdən bu müqəddəs məkanda bayram namazı qılmaq üçün gələn böyük izdihamın şahidi oldu.
Məscidül-əqsanın himayəsini İordaniyadan almağa cəhd
Bu, bir hesabata əsasən, müxtəlif mənbələrə istinadən, Amerika və İsrailin Məscidül-əqsə kompleksi üzərində tarixi himayəni İordaniyadan almaq üçün fəal şəkildə cəhd göstərdiyi bir zamanda baş verir.
Amerika, İordaniya və fələstin rəsmiləri, həmçinin Qərb və Fars körfəzi ərəb mənbələri "Middle East Eye"a bildiriblər ki, Donald Trampın kürəkəni Cared Kuşner və Amerikanın İsraildəki səfiri Mayk Hakbi tərəfindən dəstəklənən bu plana əsasən, İordaniyanın bu məkan üzərindəki səlahiyyətinə son qoyulacaq və İsrail hökuməti tərəfindən yaradılmış yeni bir qurum Məscidül-əqsanı "çoxdinli mərkəz" elan edəcək.
İki Amerika rəsmisi "Middle East Eye"a bildirib ki, Vaşinqton bu məscidin gələcəyinin necə görülməsi barədə qaralama hazırlayıb. Tramp administrasiyası Məscidül-əqsanın İslami kimliyindən məhrum edilməsini və bu məkanın üç İbrahim dininə ev sahibliyi edən görkəmli bir turistik cazibə mərkəzinə çevrilməsini istəyir.
Həssas məsələləri müzakirə etmək üçün hamısı anonim qalmağı tələb edən rəsmilərə görə, yeni tənzimləmə yəhudilərə bu İslam məkanına bərabər çıxış imkanı verəcək və onların bu məkanda böyük yəhudi camaat namazı qılmağına izin veriləcək.
İsrail həmçinin məscidin imamlarının, vaizlərinin və yüksək rütbəli rəsmilərinin təyin edilməsində və cümə namazı xütbələrinin məzmununun təsdiqində də rol oynayacaq. Bir Qərb rəsmisi və İordaniya hökumətindən məlumatlı olan bir mənbə "Middle East Eye"a bildiriblər ki, gördükləri təklifə əsasən, ərəb ölkələri Məscidül-əqsə kompleksi üzərində növbəli nəzarət edə bilərlər.
Bu hesabata görə, Bəhreyn, Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri Amerika təklifi barədə məlumatlandırılıblar, lakin Səudiyyə Ərəbistanı buna qarşıdır.
4354691