IQNA

Ayətullah İsa Qasım: İmam Xamenei ümməti yenidən İslama qaytardı

13:14 - May 28, 2026
Xəbər sayı: 3500426
İQNA – Bəhreyn şiələrinin dini mərceyi Ayətullah Şeyx İsa Qasım, İranlı, ərəb və beynəlxalq şəxsiyyətlərin iştirakı ilə "Hikayətüs-Seyyid" yaxud "Ağanın rəvayəti" kitabının təqdimat mərasimində İslam İnqilabının şəhid rəhbəri Həzrət Ayətullahül-Üzma Seyid Əli Hüseyni Xameneini ümməti İslama qaytarmaqda görkəmli və bacarıqlı bir sima olaraq dəyərləndirdi.

“İQNA”-nın “Əl‑Aləm”-ə istinadən verdiyi xəbərə görə, bu mərasim İran İslam İnqilabının şəhid rəhbərinin şəhadətinin yetmiş beşinci günündə "Dost Ölkə" rəvağında keçirildi və Ayətullah Şeyx İsa Qasım televiziya mesajında bugünkü sionist-Amerika müharibəsini İranla cahiliyyə və iman düşərgələri arasında bir döyüş olaraq təsvir etdi.

Bəhreyn şiələrinin bu dini mərceyi mesajında şəhid rəhbər Həzrət Ayətullahül-Üzma Seyid Əli Xameneinin inqilabi simalar arasında ayıqlığı, möhkəm iradəsi, planlaşdırma bacarığı olan, canını inqilab və böyük rəhbəri İmam Xomeyni (r.ə) yolunda fəda edən şəxsiyyətlərdən olduğunu bildirdi.

O, İmam Xameneinin şəxsiyyət ölçülərinə işarə edərək dedi: İmam Xameneinin (Allah ondan razı olsun!) bütün varlığını o böyük, qüdrətli və ilahi inqilabın prinsipləri bürümüşdü; O, inqilabda ərimişdi, sağlam düşüncəyə və hikmətli baxışa malik idi və daim səy və yüksək himmətlə inqilab yolunda cihad edirdi. Onun, İmam Xomeyninin (r.ə) vəfatından sonra qalib İslam dövlətinin imaməti və rəhbərliyinə haqq bir canişin olması, həqiqətən, o inqilabın yolundakı parlaq müvəffəqiyyətin tamamlayıcısı olmuşdur.

O əlavə etdi: Şəhid rəhbər Həzrət Ayətullah Seyid Əli Xamenei, ümməti yenidən İslama həqiqi qaytarmaqla İslam birliyini düzgün yolda qorudu və dinin qurucu məqsədlərini və uğurlu siyasətini irəliyə apardı.

Ayətullah Şeyx İsa Qasım sözlərinin davamında İran İslam İnqilabını yol göstərən və ulu bir dövlətin qurucusu olaraq təsvir etdi və vurğuladı: İslam olmadan insan həyatı heç vaxt ləyaqətli, tərəqqil və xoşbəxt ola bilməz. İslam inqilabı ümməti və bəşəriyyəti bədbəxtlikdən xilas etmək üçün gəldi.

Ayətullah Qasım mesajının digər hissəsində İslam inqilabının qələbəsi ilə tağut və istikbarın şər röyalarının və məqsədlərinin pozulmasına, onların mənfəətlərinin yox olmasına işarə etdi və İslam dövlətinin qurulmasından sonra onları bürüyən qorxudan bəhs edərək dedi: Heç bir qorxu bunun yanına belə yaxınlaşa bilməz. Çünki bu sistem, İslami, seçilmiş və yer üzündə hakim olan bir sistemdir ki, həqiqi, ədalətli, hikmətli, zəngin, təhlükəsiz və ruhla bədənin həyatını yüksəldən bir dövlətin canlı şahidi və misilsiz nümunəsi kimi dayanır; insani qardaşlığı dirçəldən və dünyada tətbiq edilən digər tğuti və cahiliyyət sistemlərinin zəifliyini, fitnasını, çatışmazlığını və zülmünü üzə çıxaran bir dövlət.

O, bugünkü müharibənin cahiliyyət düşərgəsi ilə iman düşərgəsi arasında alovlandığını bildirərək vurğuladı: Cahiliyyət düşərgəsinin rəhbərliyini Amerika tağutu, azğın sionizm və Musa peyğəmbərin (ə) həqiqi dinindən çıxmış yəhudilik daşıyır.

O əlavə etdi: Amerika rəhbərliyinin başında firon Tramp, sionizm rəhbərliyinin başında isə firon Netanyahu durur. Hər ikisi bu gün ən pis şərlilər, dəyərlərə və müqəddəslərə ən düşmən olanlar, qanlara ən çox batmışlar və Allaha və onun haramlarına qarşı ən cürətli olanlardır.

Ayətullah Qasım iman düşərgəsi barədə dedi: Qarşı tərəfdə isə iman düşərgəsi dayanır ki, geniş müqavimət cəbhəsində müsəlman ümmətinin övladları və onların başında da İslam Respublikası və onun cəsarətli, mömin, qəhrəman və hikmətli rəhbərliyi durur. Bu rəhbərlik dəyərlərə, qanlara, namuslara, insan ləyaqətinə və bütün müqəddəslərə ən etibarlı və onların qorunmasında hər kəsdən daha sərtdir.

Ayətullah Qasım sonda vurğuladı ki, İslam birliyini qorumaq, İslama bağlılıq və ona – böyük rəhbərliyə dəstək İslam ümmətinin nicat və xoşbəxtliyinin əsas şərtidir.

4352326

captcha