
“İQNA”-nın verdiyi xəbərə görə, Zəmzəm quyusu müsəlmanlar arasında mənəvi və simvolik bir mövqeyə malikdir və digər tarixi binalarla yanaşı, Məkkəyi-Mükərrəmədə ən önəmli görməli yerlərdən biridir. Həcc ziyarətinə və ya ev sahibinin qonaqları ilə görüşməyə gələn hər kəs bu müqəddəs sudan bir qurtum içmişdir.
Zəmzəm, Məscidülhəramın mübarək əsərlərindən biridir. İsmayıl quyusu, "Həfirətü Əbdülmüttəlib" (Əbdülmüttəlibin qazdığı quyu) adlarıyla da xatırlanır və evi-Kəbənin yaxınlığında yerləşir.
Onun yaranma tarixi miladdan 1900 il əvvələ, İbrahim peyğəmbərin (ə) dövrünə təsadüf edir ("Şiə Ensiklopediyası", c. 8, s. 489). Həzrət İbrahim (ə) Allahın izni ilə həyat yoldaşı Həcər və oğlu İsmayılı bu torpaqda yerləşdirdikdə, susuzluq onlara qalib gəldi və Allah Cəbrail vasitəsilə Zəmzəm quyusunu İsmayıl və Həcərin həyatını qorumaq üçün yaratdı. Bu səbəbdən Zəmzəm quyusu ilahi ayələrdən və möcüzələrdən biridir.
Əzrəqi, "Məkkə tarixi" kitabının müəllifi, Zəmzəmin qazılmasından əvvəl 24, İslamın zühurundan öncə Zəmzəmdən sonra 5, İslamın zühurundan sonra isə 13 quyunun adını sadalamışdır. Lakin onların əksəriyyəti zamanla yox olmuşdur. Ancaq əsas mənbəyi Hicazın yandırıcı səhrasının ürəyində qaynayan ilahi, bərəkətli çeşmə olan Zəmzəm hələ də axmaqdadır və qiyamətə qədər qurumayacaqdır.
Zəmzəm quyusu, Səudiyyə Ərəbistanının qərbində, Məkkədə Məscidülhəramın təvaf bölgəsində yerləşir. Bu quyu Kəbənin şərqində (Həcər-ül-Əsvəd ilə Kəbənin qapısı arasındakı bölgə) yerləşir.
Yaqut Həməvi, "Mücəmül-Buldan" kitabının müəllifi, Zəmzəm adından götürülmüş adları qeyd etmişdir ki, müsəlmanların hamısı quyuya və suya işarə üçün onlardan istifadə edir. Onun qeyd etdiyi kimi, bu adlar bunlardır: Zəmam, Zəmzəm və Zəmzəm. Həmçinin onun, quyu ilə bağlı hadisələrdən götürülmüş adları da vardır. Buna görə də ona "Həzməti-Cəbrail" (Cəbrailin dabanı), "Rəkədəti-Cəbrail" (Cəbrailin vurğunu) və "Həzmətül-Mələk" (Mələyin dabanı) deyilir. "Həzmə" və "rəkədə" eyni mənanı daşıyır və alçaq, hətta düzənlik yer mənasındadır. Ərəblər yerdəki su lüləsinə dabanla vurmaq mənasında "həzmə" deyirlər. Zəmzəm həmçinin "Süqyətullah li-İsmail" (Allahın İsmayıla su içirməsi) adlanır. Ona "əş-Şübə" (müəyyən edilmiş isimlə və ya isimsiz), "Məznunə" (saxlanılan), "Bərəh" (möcüzə), "Təktüm" (gizlədilən), "Təamü Təam" (yemək üstünə yemək), "Şəfau-Səqəm" (xəstəlik şəfası), "Təamül-Əbrar" (yaxşıların yəməyi), "Şərabül-Əbrar" (yaxşıların şərabı) və "Təyyibə" (pak, təmiz) da deyilir.
4354492