"İQNA", "Əl-yəvmus-sabi"-ə istinadən xəbər verir ki, Misir Quran Qarilər və Hafizlər Birliyi media tərəfindən "heyran qoyan" kimi tanınan hafiz olan uşaq Əhməd Tamer Məmduh Məhəmmədi fəxri üzv elan edib.
Əhməd Tamər Misirin Şərq vilayətindəndir. O, dekabr ayında Qahirədə keçirilən 28-ci Beynəlxalq Quran Müsabiqəsində də azyaşlıların hifzi və qiraəti üzrə ikinci yerə layiq görülüb.
Əhməd Tamer üç yaşında atası, anası və bibisinin köməyi ilə Qurani-Kərimi əzbərləməyə başlayıb. İki il iki ay sonra, yəni beş yaş yarım ikən bütün Quranı əzbərləyib. Bundan sonra o, qiraət və təcvid qaydalarını öyrənməyə başlayıb. O, il yarımdan sonra bu sahədə lisenziya alıb.
4026076