"İQNA", "Ərəbi Əl-yəvm"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi qadınların ümrə tətbiqində qeydiyyatdan keçməklə Peyğəmbərin (s) pak məzarını ziyarət etmək üçün icazə ala bilməyəcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanının Həcc Nazirliyi elan edib: "Həzrət Peyğəmbərin (s) hərəmini ziyarət etmək üçün qeydiyyatdan keçmək yalnız kişilərə məxsus idi. Qadınlar da Peyğəmbər (s) Məscidinin cənnət bağında ziyarət və namaz qılmaq üçün onlayn qeydiyyatdan keçə bilərlər."
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həzrət Peyğəmbərin (s) pak məzarının ziyarəti və cənnət bağında namaz qılınması ilə bağlı iki icazə arasında olan məsafənin 30 gündən az olmamasının vacibliyini vurğulayıb.
Nazirlik vurğulayıb ki, Peyğəmbər məscidində vacib namazların qılınması üçün "Etemarna" tətbiqində qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Bu məsələ Həzrət Peyğəmbərin (s) pak məzarını ziyarət etmək və cənnət bağında namaz qılmaqla bağlıdır.
Cənnət bağı məscidin cənub-şərq hissəsində və Peyğəmbərin (s) məzarı ilə minbəri arasındakı məsafədə uzunluğu 22 metr, eni 15 metr olan yerdir. Bu yer yaşıl xalça ilə örtülmüşdür. Onun hüdudlarında türbə, minbər və mehrab yerləşir. Bu yer Peyğəmbərin (s) sözünə görə müsəlmanlar üçün müqəddəs və fəzilətli bir yerdir. Həzrət Peyğəmbər (s) bu yer haqqında belə buyurmuşdur: "Minbərimlə evimin arasında cənnət bağlarının bağçası var. Minbərim də cənnət qapılarından bir qapıdır."
4027406