IQNA

22:02 - January 21, 2022
Xəbər sayı: 3491603
Qurani-Kərimin qiraət qaydalarına əsasən, bəzi ayələri oxuduqda və hətta canlı oxunuşunu eşitdikdə, mütləq səcdə etmək lazımdır.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam.az-a istinadla xəbər verir ki, Qurani-Kərimin qiraət qaydalarına əsasən, bəzi ayələri oxuduqda və hətta canlı oxunuşunu eşitdikdə, mütləq səcdə etmək lazımdır.

Səcdə etmək üçün dəstəmazlı olmaq və üzü qibləyə durmaq vacib deyil. Quranın vacib səcdəsi zamanı istənilən zikri söyləmək olar, müstəhəb olan zikr risalədə qeyd edilib.

Quranın dörd ayəsinin vacib səcdəsi vardır: “Səcdə” surəsi 15-ci ayə, “Fussilət” surəsi 37-ci ayə, “Nəcm” surəsi 62-ci ayə və “Ələq” surəsi 19-cu ayə. Quranın daha bir neçə ayəsini də oxuyan və eşidən zaman səcdə etmək müstəhəb sayılır, amma yuxarıdakı dörd ayə kimi vacib deyil. Səcdə ayələrini bildirmək üçün Quran nəşrlərində xüsusi işarə qoyulur və qeyd yazılır.


Ad:
E-poçt:
* Comment:
* captcha: