IQNA

Beynəlxalq Quran müsabiqəsində 63 hafiz xanımın rəqabəti

21:37 - January 29, 2022
Xəbər sayı: 3491649
"Ümmü Əbiha" Beynəlxalq Virtual Quran Müsabiqəsi İran, İraq, Səudiyyə Ərəbistanı və Livandan olan bütün Quran hafizlərindən 63 qadının iştirakı ilə keçirilir.

"İQNA", İraqdan xəbər verir ki, bu yarışlar Kufə məscidinə bağlı "Ümmü Əbiha" Quran Mərkəzi və Əhvazdakı Hüseyni Astanının nəzdində olan Beynəlxalq Quran Təbliğatı Mərkəzi ilə birgə təşkil olunur.

"Ümmü Əbiha" Quran Mərkəzinin rəhbəri Seyyid Adil əl-Yasiri bununla bağlı deyib: "Bu yarışmalar Həzrət Zəhranın (s) mövludu münasibəti ilə və Telegram proqram vasitəsilə elektron şəkildə keçirilir. Bu yarışlarda Quranı kamil əzbərləmiş 63 qadın rəqabət aparırlar."

4031866

captcha