1. "Cəhənnəm əzabının qorxusundan ibadət edənlər. Belə insanların ibadəti ağasından qorxub işləyən qulun itaəti kimidir".
Bu ibadət ağasının şillə-təpiyindən qorxub işləyən qulların ibadətidir. İnsanların çoxu bu dəstəyə aiddir. Cəhənnəm əzabının qorxusu olmasa, Sübh namazına duran çox az adam tapılar. Cəhənnəm əzabının qorxusu olmasa, çoxları bəzi haramların dadına baxmaqdan çəkinməz.
2. "Çoxlu savab qazanıb Cənnətə getmək həvəsi ilə ibadət edənlər. Bu ibadət muzd alıb iş görənlərin və tacirlərin ibadətidir".
Onlar Cənnət bağlarının, meyvələrinin, çaylarının və hurilərinin həvəsi ilə namaz qılarlar. Belələrinin qazancları olmasa, işləməzlər. Belələri müstəhəb namaz çox qılar, ziyarətə çox gedərlər, amma desən ki, gəl filan yetimə və fəqirə kömək edək, ürək-göbəyi düşmüş adamlar kimi sancıdan qıvrılacaqlar. Çünki az xərcləyib çox qazanmaq, az işləyib çox yemək istəyirlər.
3ç "Bir dəstə insanlar Allahı sevib Ona ibadət edərlər. Bu ibadət azad insanların ibadətidir. Bu ibadət ən gözəl ibadətdir".
Nə ağanın çomağından qorxurlar və nə də ağadan bir gözləntiləri var, ağalarını sevdikləri üçün ona xidmət və itaət edirlər. Onlara ağaları mükafat versə də, verməsə də, əzab versə də, verməsə də ağalarına sədaqətlə itaət edirlər.
Bu ibadət İmam Əlinin (ə) ibadətidir ki, münacatda deyir: "İlahi, Cəhənnəm əzabının qorxusundan və Cənnət tamahından deyil, Səni ibadətə layiq bilib Sənə ibadət etdim".
إن اَلْعُبادُ ثَلاَثَةُ: قَوْمٌ عَبَدُوا اللٌّهَ عَزَّ وَجَلَّ خَوْفاً. فَتِلْکَ عِبَادَةُ الْعَبِیدِ. وَقَوْمٌ عَبَدُوا اللٌّهَ تَبَارَکَ وَتَعَالـى طَلَبَ الثَّوَابِ. فَتِلْکَ عِبَادَةُ الأُجَرَاءِ. وَقَوْمٌ عَبَدُوا اللٌّهَ عَزَّ وَجَلَّ حُبًّا لَهُ. فَتِلْکَ عِبَادَةُ الأَحْرَارِ. وَهِیَ أَفْضَلُ الْعِبَادَةَ.
İmam Sadiq (ə)
P.S: Hədisin mətni dırnaq ("...") arasında yazılıb. Qalan ifadələr mütərcimin izahıdır.