IQNA

10:36 - May 24, 2022
Xəbər sayı: 3492279
Misir prezidenti ölkəsinin rəsmilərini buğda və digər taxıl böhranının həllinə kömək etmək üçün Həzrət Yusifin (ə) buğda saxlamaq məsələsinə diqqət yetirməyə çağırıb.

İQNA, "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, dünyada ərzaq təhlükəsizliyi, aclıq və son bir ayda buğda qiymətlərinin 60 faizdən çox artması ilə bağlı narahatlıqlar var. Dünyanın ən böyük buğda istehlakçılarından biri hesab edilən Misir hökuməti də bu böhranla mübarizə üçün həll yollarına əl atıb.

Misir prezidenti Əbdülfəttah Əs-Sisi buğda saxlama qaydasını Yusif Peyğəmbərdən (ə) öyrənməyi tövsiyə edib. Yusif Peyğəmbərin (ə) dövründə buğdanı sünbüllər halında saxlamaq tövsiyə edilmişdir. Yusif surəsinin 47-ci ayəsində belə gəlib: "Dedi: Yeddi il ardıcıl tam ciddiyyətlə əkərsiniz. Beləliklə, biçdiklərinizi, yediyiniz az bir hissə istisna olmaqla öz sünbülündə saxlayarsınız".

Əs-Sisi mərasimdə deyib: "Biz Həzrət Yusifin (ə) dövrünə qayıdırıq, buğda niyə sünbüllərdə saxlanılırdı? Çünki buğda biçilib, toxumları sümbüldən ayrılsa, 3-4 il ərzində xarab olur.

4059038

Ad:
E-poçt:
* Comment:
* captcha: