IQNA

Quran oxuyan əsgər, dünya müsabiqəsinin ən yaxşı fotosu seçilib

12:05 - June 04, 2022
Xəbər sayı: 3492342
Misir əsgərinin xidməti vəzifəsini yerinə yetirərkən Quran tilavət edən şəkili "Vərəttilil-Quranə Tərtilə" beynəlxalq foto müsabiqəsində birinci yerə layiq görülüb.

"İQNA", "Əl-Misril-yəvm"-ə istinadən xəbər verir ki, "Vərəttilil-Quranə Tərtilə" Ümumdünya Müsabiqəsi bu müsabiqənin ikinci turunun qaliblərinin adlarını açıqlayıb.

Orada misirli jurnalist və fotoqraf İslam Faruq Qurani-Kərimin tilavəti müsabiqəsində birinci yerə layiq görülüb. Faruq bu mükafatı Misir nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirərkən zirehli maşının üzərində Quran oxuyan misirli əsgərin şəklini çəkdiyi üçün alıb. Bu şəkil 2013-cü il iyulun 19-da "Əl-Misril-yəvm" qəzetində dərc olunub.

Müsabiqənin təşkilatçısı "Fotoqrafiya Dünyası" qrupudur və qalib şəkillərin seçilməsində üç ölkənin münsifləri iştirak edib.

4061567

captcha