IQNA

Kərbəlada Yaxın Şərqin ən böyük 4-cü autizm xəstəxanasının açılışı

18:14 - June 13, 2022
Xəbər sayı: 3492397
Kərbəlada Yaxın Şərqin ən böyük 4-cü autizm xəstəxanasının açılışı baş tutub.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Shafaqna-ya istinadla xəbər verir ki, İmam Rzanın (ə) mübarək mövludu münasibətilə baş tutan açılış mərasimində xəstəxananın inşasına nəzarət edən ən böyük rəsmilərdən sayılan böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi çıxış edib.

Qeyd edək ki, autizm xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün Yaxın Şərqdə böyüklüyü və imkanlarına görə 4-cü, İraqda isə ən böyük bu xəstəxana İmam Hüseyn (ə) ziyarətgah Kompleksinin dəstəyilə inşa olunub.

Ad:
E-poçt:
* Comment:
* :