IQNA

Malayziyanın baş naziri Qurana riayət edilməsinin vacibliyini vurğulayıb

9:47 - July 04, 2022
Xəbər sayı: 3492499
Malayziyanın baş naziri bildirib ki, dinlə bağlı anlaşılmazlıqların aradan qaldırılması və müsəlmanlar arasında parçalanmanın qarşısını almağın yolu Qurani-Kərim və Peyğəmbərin (s) sünnəsinə müraciət etməkdir.

"İQNA", "Star"-a istinadən xəbər verir ki, Malayziyanın baş naziri İsmayıl Sabri Yaqub fikir ayrılıqlarının hörmətli və etik formada olmasına işarə edərək deına işarə edərək deyib: "Müsəlmanlar Qurana və Peyğəmbərin (s) sünnəsinə sadiq qalaraq həqiqi İslam təlimlərinə qayıtsalar, parçalanma toxumunun qarşısını almaq olar. Quran bütövlükdə birlik ruhunu vurğulayır".

Malayziyanın baş naziri həmçinin Hindistanda İslam Peyğəmbəri (s) haqqında təhqiramiz ifadələr işlədilməsi məsələsinə toxunaraq, bunu Hindistanın plüralist dini cəmiyyətinin harmoniyasını təhdid edən təxribatçı bir hərəkət kimi qiymətləndirib.

4068073

Ad:
E-poçt:
* Comment:
captcha