IQNA

İraqda yerli və beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırılıb

19:11 - July 28, 2022
Xəbər sayı: 3492629
İraqın yerli və beynəlxalq Quran yarışlarının təltifetmə mərasimi Astan Hüseyni tərəfindən keçirilib.

"İQNA", İraqdan xəbər verir ki, bu mərasim hicri ilin son günlərində və Məhərrəm ərəfəsində keçirilib. Burada Astan Hüseyninin Qurani-Kərimin Təbliğ Mərkəzinin daxili və beynəlxalq yarışlarda yer qazanmış bir qrup istedadlı Quran hafizi və qarisi mükafatlandırılıb.

Astan Hüseyninin Beynəlxalq Quran Təbliğ Mərkəzinin direktoru Müntəzir Əl-Mənsuri deyib: "Bu tədbir Astan Hüseyni administrasiyasının Quran proqramlarını dəstəkləmək, qari və hafizləri həvəsləndirmək məqsədi ilə keçirilib. Bununla da daxili və beynəlxalq uğurlarla dolu olan hicri ilini başa vurduq".

4073678

captcha