IQNA

İngiltərə futbol klubu tamaşaçılar üçün ibadətgah tikib

20:03 - August 10, 2022
Xəbər sayı: 3492703
Blackburn Rovers futbol komandası yeni elanda müsəlman azarkeşlərinə bu komandaya qarşı oyun zamanı ibadət etmək üçün stadionun namaz zalından istifadə edə biləcəkləri ilə bağlı müjdə verib.

"İQNA", "Rusiya Əlyəvm"-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında mübarizə aparan Blackburn Rovers futbol klubu öz stadionunda ibadətgahı olan ilk İngiltərə futbol komandası olub.

Blackburn Rovers, gələn çərşənbə günü Hartlepool United-ə qarşı İngiltərə Liqası yarışının ilk turunda müsəlman azarkeşlərinin namaz qılması üçün bir ibadət otağı inşa etdiyini elan etdi.

“Blackburn Rovers” klubu rəsmi açıqlama yayaraq, oyunun məğrib namazı ilə eyni vaxta düşdüyüyünə görə komandanın “Hartlpul Yunayted”lə oyununda müsəlman azarkeşlər üçün ibadət otağının hazırlandığını açıqlayıb.

“Blackburn Rovers” futbol klubunun bu hərəkəti müsəlman tamaşaçıların rifahı və həmçinin komandanın oyunları zamanı müsəlmanların stadionda maksimum iştirak etməsi üçün həyata keçirilib.

4077266

 

captcha