IQNA

Həzrət Zeynəbin (s) hərəminin yeni zərihinin təqdimatı olacaq

10:09 - September 24, 2022
Xəbər sayı: 3492969
Həzrət Abbas (ə) hərəmi bildirib ki, gələn həftə Kərbəlada Həzrət Zeynəbin (s) hərəminin yeni zərihinin təqdimatı olacaq. Bundan sonra bu zərih Dəməşqə aparılacaq.

"İQNA", Həzrət Abbasın (ə) müqəddəs hərəminin informasiya bürosuna istinadən xəbər verir ki, Həzrət Zeynəbin (s) hərəminin yeni zərihi Həzrət Abbasın (ə) hərəmi tərəfindən düzəldilib başa çatdırılıb.

Bu Hərəmin rəhbərliyi bütün Əhli-Beyt (ə) aşiqləri və ardıcıllarından Həzrət Zeynəbin (ə) hərəminin yeni zərihinin tamamlanma və təqdimat mərasimində iştirak etmələrini xahiş edib.

Yeni zərihin təqdimat mərasimi Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin qiblə istiqamətinə baxan həyətində keçiriləcək. Həzrət Abbasın (ə) müqəddəs hərəminin açıqlamasına görə, bu mərasim çərşənbə axşamı 27 sentyabrda keçiriləcək.

4087522

Ad:
E-poçt:
* Comment:
captcha