IQNA

Türkiyədə Qurani-Kərimi təhqir edən iki gənc həbs edilib

17:19 - October 05, 2022
Xəbər sayı: 3493029
Türkiyənin Daxili İşlər Naziri elan edib: "İki gənc həbs edilib. Onların Quranı təhqir edərək yandırdıqları videonun yayılması ictimaiyyətin qəzəbinə səbəb olub".

"İQNA", "Vətən"-ə istinadən xəbər verir ki, İzmirli iki türk gəncin Qurani-Kərimi təhqir edən şokedici klipinin yayımlanmasından sonra Türkiyədə sosial şəbəkələrdə qəzəb dalğası başlayıb.

Bu videoda açıq-aşkar sərxoş olan iki gənc Qurana təhqiramiz sözlər deyir. Sonra onlardan biri Quranın bir nüsxəsini gətirir və onu cırmağa başlayır.

Bu videoda iştirak edən digər bir gənc bu həyasız və təhqiramiz işlə kifayətlənməyərək kinayəli gülüşlər içərisində Qurani-Kərimdən qopardığı bir sıra səhifələri yandıraraq Allahın kitabına hörmətsizlik etməyə davam edib.

Türkiyədə qəzəb dalğasına səbəb olan bu videonun sosial şəbəkələrdə yayılmasından sonra Türkiyə təhlükəsizlik qüvvələri bu hadisənin baş verdiyinə əmin olublar. Bundan sonra Türkiyənin qərbində, İzmirdə bu iki gənci həbs ediblər.

4089685

 

Ad:
E-poçt:
* Comment:
captcha