"İQNA", "Sayt"-a istinadən xəbər verir ki, Qurani-Kərimə bağlılığını ifadə edən Mərakeş millisinin futbolçusu Bilal Əl-Xunos Əl-Tondunsun klipi sosial şəbəkələrdə gündəmə gəlib.
18 yaşlı Əl-Xunos 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək Mərakeş millisinin oyunçularının yekun siyahısında adının yer alması sürpriz adlandırılıb.
İdman saytına müsahibə verən Əl-Xunos dindarlığından və yaxşı vərdişlərindən danışıb və deyib: "Allahın kitabına çox bağlıyam və hər yarışdan əvvəl və rəsmi məşq zamanı ilk yoldaşım Qurani-Kərimdir".
O deyir: "Mən fəxr edirəm ki, dinim İslamdır. Mən çox dindar bir ailədə böyümüşəm. Ömrümün sonuna qədər Quran oxumaq və namaz qılmaq adətlərimi saxlayacağam. Bu mənə çox kömək edir".
Mərakeşli oyunçu deyib: "Quran oxumaq mənə rahatlıq verir və məqsədlərimə çatmağa kömək edir".
4098826