IQNA

Küveyt parlamentinin üzvü Quranın tədrisinin gecikdirilməsinə etiraz edib

11:21 - December 30, 2022
Xəbər sayı: 3493490
Küveyt parlamentinin üzvü Məhəmməd Hayif bu ölkənin təhsil nazirindən məktəbdən qabaq hazırlıq mərhələsində Qurani-Kərimin tədrisinin gecikdirilməsi ilə bağlı izahat istəyib.

"İQNA", "Əl-Cəridə"-yə istinadən xəbər verir ki, Küveyt parlamentinin üzvü Məhəmməd Hayif təhsil və ali təhsil naziri Həmd Əl-Ədvanidən məktəbə hazırlıq mərhələsində Qurani-Kərimin tədrisi proqramlarının icrasının gecikməsini izah etməsini istəyib.

O, hörmətli təhsil və ali təhsil nazirindən məktəbə hazırlıq mərhələsində Qurani-Kərimin tədrisinin gecikdirilməsi ilə bağlı mövcud olan sənədləri təqdim etməsini istəyib.

Bir müddət əvvəl Küveyt parlamenti orta məktəbi bitirənə qədər təhsilin bütün pillələrində Qurani-Kərimin tədris edilməsini təklif edib.

4110338

captcha