IQNA

UNICEF: "Türkiyə və Suriyada baş verən zəlzələ bölgədə son 100 ilin ən güclü zəlzələsidir"

19:08 - February 07, 2023
Xəbər sayı: 3493675
UNICEF Türkiyə və Suriyada baş verən zəlzələnin bölgədə son 100 ilin ən güclü zəlzələsi olduğunu açıqlayıb.

"Mehr" Xəbər Agentliyinin "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, UNİCEF elan edib: "Türkiyə və Suriyada baş verən zəlzələ son 100 ildə regionda baş verən ən güclü zəlzələdir".

UNICEF-in bəyanatında uşaqların və zəif ailələrin çətin vəziyyətinə toxunaraq deyilir: "Bu zəlzələ ən pis şəraitdə baş verib".

UNICEF elan etdi: "Zəlzələ minlərlə evin dağılmasına və həddindən artıq soyuqda ailələrin didərgin düşməsinə səbəb oldu".

UNİCEF-in bəyanatında deyilir: "Suriyanın şimal-qərbindəki qaçqınlar və türk düşərgələrindəki suriyalı qaçqınlar ən həssas qruplar sırasındadır".

captcha