IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 22

Həzrət Əlinin (ə) siyasətdə əxlaqsızlığa qarşı kəskin müqaviməti

19:05 - March 12, 2023
Xəbər sayı: 3493839
Din sahəsində sosioloq və tədqiqatçı Əmirəlmöminin Əlinin (ə) Nəhcəl-bəlağədəki 200-cü xütbəsinə istinad edərək, o həzrətin hər cür əxlaqsızlığa və konkret məqsədlərə çatmaq üçün yanlış işlərə haqq qazandırmağa qarşı kəskin müqaviməti məsələsinə toxunub.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, İmam Əlinin (ə) sözlərində “Siyasətdə əxlaqa riayət etməyin zəruriliyi” haqqında danışıb.  O, Həzrət Əmirəl-mömininin (ə) siyasətə baxışını və siyasətdə hər cür şovinizmə və makiyavelist rəftarla qəti şəkildə müxalif olduğunu bildirib. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz.

Bu gün dinləyicilərə təqdim etmək üçün seçdiyim xütbə Əmirəl-möminin (ə) Nəhcül-bəlağədəki 200-cü xütbəsidir. Mövcud olan və bu haqda çoxlu söz və hədislər ifadə olunan ciddi mövzulardan biri də əxlaq və siyasətin əlaqəsidir.

Bir çox insanlar siyasətdə hər şeyə icazə verildiyinə inanırlar. Ədəbsizliyin belə, əxlaqi hərəkət, amma mənfi əxlaq olduğundan xəbərsizdirlər. İmam Əli (ə) siyasətdə müsbət əxlaqı qorumaq üçün çox diqqətlidir. Həmçinin siyasətdə və idarəçilikdə hər cür əxlaqsızlıq və makiavelist rəftarla qəti şəkildə müxalifdir.

Həzrət Əmir (ə) əxlaqa, qaydalara və prinsiplərə bağlılığına görə siyasətdə əllərini bağlı hesab edir. Əmirəl-möminin Əlinin (ə) Nəhcül-bəlağənin 200-cü xütbəsində heyrətamiz bir ifadəsi var ki, orada deyilir: “And olsun Allaha! Müaviyə məndən çox siyasətçi deyil, amma Müaviyə hiyləgər və cinayətkardır. Hiylə pis bir şey olmasaydı, mən ən zirək adam olardım. Amma hər hiylə günah və hər günah bir küfr və inkar növüdür. Qiyamət günü hər hiyləgərin əlində bir bayraq olacaq ki, onunla tanınacaq. Allaha and olsun! Mən aldanmaqla qəflətə düşməyəcəm. və çətin tutmaqla gücsüz olmayacam".

İslam hökmdarına xalqı aldatmağa icazə verilmir. Həqiqətdə, öz tərəfdarları və xalqı arasında inandırmaq və təsir vasitələrindən istifadə etməlidir. Əlbəttə ki, xarici düşmənin məsələsi ayrıdır. Biz xarici düşmənlə üz-üzə qaldığımız zaman bir çox başqa məsələlər ortaya çıxır ki, bu da öz yerində doğrudur. Lakin bu məsələnin İslami idarəçilikdə vətəndaşlarına münasibətdə aktuallığı yoxdur.

3969289

captcha