IQNA

Ərbəin zəvvarlarının təhlükəsizliklərinin təmini üzrə birgə əməliyyat otağı yaradılıb

14:14 - August 22, 2023
Xəbər sayı: 3494646
KƏRBƏLA (IQNA) - İraq hökuməti Ərbəin zəvvarlarının təhlükəsizliklərini təmin etmək üçün birgə əməliyyat otağının yaradıldığını deyib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-yə istinadla xəbər verir ki, Əməliyyat otağı İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı- Məhəmməd Şia Əs-Sudani-nin başçılığı altında fəaliyyət göstərəcək.

İyirmi səfər- altı sentyabr, dünya şiələrinin üçüncü imamı- Həzrət İmam Hüseyn ələyhissəlamın və onun sadiq köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının qırxıncı günü- Ərbəin günüdür.

İraq daxili işlər nazirliyi bu ölkədəki daxili və xarici zəvvarlar üçün Ərbəin ziyarətinə məxsus təhlükəsizlik və xidmət proqramlarını şərh edib.

İraq daxili işlər nazirliyinin sözçüsü Xalid əl-Məhna, bu ölkənin rəsmi informasiya agentliyinə deyibdir ki: Təhlükəsizlik baxımından, önləyici əməliyyat və hava nəzarətləri həyata keçiriləcək və birgə əməliyyat otağı vasitəsilə bütün təhlükəsizlik təşkilatları arasında yüksək ahəngdarlıq olacaq.

Digər tərəfdən, İraqın Diyalə vilayətində əl-Həşdüşşəbi əməliyyatının komandiri Sadiq əl-Hüseyni, Hüseyn Ərbəini zəvvarlarının təhlükəsizliklərinin təmini sahəsində PUA-ların iştirakından xəbər verib.

captcha