IQNA

İsrailin Qəzzaya hücumlarına Nyu York və paytaxt Vaşinqtonda etiraz edilib

2:09 - December 04, 2023
Xəbər sayı: 3495079
NEW YORK (İQNA) - ABŞ-ın Nyu-York şəhəri və paytaxt Vaşinqtonda yüzlərlə insan İsrailin Qəzza zolağına yenidən hücumlarına son qoyulmasını tələb edərək etiraz aksiyası keçirib.

Nyu Yorkdakı Mərkəzi Parkın ətrafına toplaşan nümayişçilər İsrail və ABŞ hökumətlərinin Qəzza siyasətini tənqid edən bəyanatlar yazılmış plakatlar daşıyaraq Tayms Meydanına gediblər.

Qəzzada təcili olaraq “daimi atəşkəs”ə çağıran fəallar turistlərin böyük marağına səbəb olan Tayms Meydanını dolduraraq diqqət çəkməyə çalışıblar.

Saatlarla meydanı gəzən yüzlərlə etirazçı qrupun sosial mediada paylaşdığı elan mətnində bunları deyib: "İsrailin bombardmanları yenidən başladı. Biz etirazımızı heç vaxt dayandırmadıq. İndi də biganə qalmayacağıq".

Paytaxt Vaşinqtonda fələstinli tərəfdarlar “ölüm” mövzusunda nümayiş təşkil ediblər.

Ağ Evin qarşısına toplaşan etirazçılar Fələstinin lehinə şüarlar səsləndiriblər.

 “Ölüm” adlı nümayişdə fəal qrup, fələstinlilərlə həmrəy olduqlarını ifadə etmək üçün İsrailin hücumlarında həyatını itirən uşaqların xatirəsinə Ağ Evin barmaqlıqları önünə kəfənli gəlinciklər qoyub.

Etiraz zamanı ABŞ prezidenti Co Bayden və onun administrasiyasının hücumlara görə məsuliyyət daşıdığını bildirən şüarlar səsləndirilib.

captcha