IQNA

Əl Əzhər fələstinli tələbələrə müxtəlif imkanlar təqdim edir

10:20 - December 05, 2023
Xəbər sayı: 3495082
QAHİRƏ (İQNA) - Əl-Əzhər Şeyxi bu universitetdə təhsil alan fələstinli tələbələrə tam təqaüd və digər imkanların veriləcəyini açıqlayıb.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Əl-Əzhər Şeyxi Əhməd Ət-Təyyib İsrailin Qəzzaya davam edən hücumları nəticəsində Fələstin xalqı ilə həmrəyliyin bir hissəsi olaraq fələstinli tələbələrə tam təqaüd verilməli olduğunu bildirib. Buraya təhsil və yaşayış haqlarından azad olmaq da daxildir.

Açıqlamaya görə, Əl-Əzhərdəki fələstinli tələbələrin sayının 444 oğlan və qız olduğu, 75 tələbənin isə təqaüd üçün müraciət etdiyi bildirilib.

Bəyanatda Əhməd Təyyibin göstərişlərinin işğalçı rejimin amansız hücumlarına qarşı Fələstin xalqı ilə tam həmrəyliyi və bu tələbələr üçün uyğun şərait yaratmaq istəyi çərçivəsində olduğu vurğulanıb.

Əl-Əzhər keçən həftə verdiyi açıqlamada Fələstinlilərin əzablarını azaltmaq və müstəqil Fələstin dövləti yaratmaq üçün səyləri birləşdirməyin vaxtı olduğunu vurğuladı.

O, həmçinin Fələstin xalqına verilən dəstəyi vurğulayaraq, işğalçı rejimin beynəlxalq qanunları, nizamnamələri və razılaşmaları pozan cinayətlərinin üzə çıxarılmasını istəyib.

Əl-Əzhər Fələstin xalqının evlərindən didərgin salındığını, qida, dərman, su, və elektrik enerjisinin kəsildiyini, mülki şəxslərin sığındığı xəstəxanalar, məscidlər və kilsələrin hədəfə alınaraq öldürüldüyünü bildirib.

4185619

 

captcha