IQNA

Müsəlmanlar və xristianlar birlikdə Fələstinə dəstək olmaq üçün dua ediblər

7:31 - December 07, 2023
Xəbər sayı: 3495095
ƏLCƏZAİR (İQNA) - Əlcəzairli müsəlmanlar və xristianlar Qəzza xalqına dəstəklərini göstərmək üçün bu ölkənin paytaxtında kilsədə birgə dua proqramı təşkil ediblər.

"İQNA", "Haliç 365" saytına istinadən xəbər verir ki, dinlər arasında güclü həmrəyliyi nümayiş etdirmək üçün bazar günü Əlcəzairli müsəlmanlar və xristianların birgə dua etməsi Afrika Məryəm Ana Kilsəsində keçirilib.

Proqrama çoxlu müsəlman və xristianlar qatılıb. Onlar Yaxın Şərqdə sülhün bərqərar olması və Qəzzada hazırkı münaqişəyə son qoyulması üçün dua ediblər.

Əlcəzair arxiyepiskopu Jean-Paul VESCO bildirib ki, bu birgə dua proqramının məqsədi tədbirə ev sahibliyi edən kilsə tərəfindən Qəzzada müharibənin bitməsi üçün insanları duada bir araya gətirməkdir.

Bu proqramda xarici diplomatlar və müxtəlif assosiasiyaların nümayəndələri də daxil olmaqla 200-ə yaxın insan iştirak edib. Onların arasında Fələstinin Əlcəzairdəki səfiri, Fransa səfiri və Əlcəzair arxiyepiskopu da var idi.

4185790

captcha