IQNA

Hindistanlı nazirin Məscidün-Nəbəvi qarşısında hicab taxmaması tənqid edilib

8:53 - January 11, 2024
Xəbər sayı: 3495280
İQNA - Hindistan hökumətinin radikal nazirinin Səudiyyə Ərəbistanında Məscidün-Nəbəvi yaxınlığında hicab taxmaması sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub.

"İQNA", "Ərəbi21"-ə istinadən xəbər verir ki, Hindistanın rəsmi nümayəndə heyətinin rəhbərliyi ilə Səudiyyə Ərəbistanına səfər edən Hindistanın Qadın və Uşaq İnkişafı və Azlıqlarla İş üzrə Naziri Smriti Zubin Irani Mədinədə müqəddəs yerləri ziyarət edib.

Hindistan nümayəndə heyətinin səfəri bir qrup qeyri-müsəlmanın Səudiyyə Ərəbistanı rəsmilərinin rəsmi müraciətindən və razılığını aldıqdan sonra Mədinəyə ilk səfəridir.

Hindistanlı nazir Səudiyyə Ərəbistanına iki günlük səfərinin fotolarını sosial şəbəkədə yerləşdirib

Səfər zamanı Hindistan naziri ilə Səudiyyə Ərəbistanının Həcc və Ümrə işləri üzrə naziri Hindistanın 1 milyon 75 min 25 nəfərlik kvota aldığı 2024-cü il Həcc ziyarəti üçün ikitərəfli müqavilə imzalayıb.

Tanınmış səudiyyəli müxalif Səd Əl-Fəqih, hindistanlıların səfərinin səbəb olduğu mübahisə ilə bağlı X platforma hesabında bunları paylaşdı: “Bin Salman və komandasının koordinasiya etdiyi İslama qarşı müharibədə hərtərəfli səyləri ilə tanınan hindu radikal nazir üçün qırmızı xalça sərilir”.

4193077

captcha