IQNA

Hollandiyada yüzlərlə gənc səhər namazına toplaşaraq Fələstin üçün dua edib

11:11 - February 26, 2024
Xəbər sayı: 3495523
İQNA – Hollandiyada yüzlərlə gənc Schiedam şəhərindəki Ulduz İslam Mərkəzi məscidində səhər namazı üçün toplaşaraq Fələstin üçün dua ediblər.

İslam Birliyinin Milli Baxışı (IGMG) Cənubi Hollandiya Gənclər Təşkilatının təşkil etdiyi səhər camaat namazı tədbirinə müxtəlif şəhərlərdən yüzlərlə gənc qatılıb.

Tədbirdə Fələstin üçün dualar edilib, Qurani-Kərim oxunub.

Namazdan sonra etdiyi çıxışda IGMG Ümumi Mərkəzi Gənclik Başçısı Furkan Qəhrəman müxtəlif şəhərlərdən gənclərin səhər namazı üçün bir araya gəldiyini ifadə etdi.

AA

captcha