"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Şeyx Əhməd ibn Həmd Əl-Xəlili X sosial media platformasındakı paylaşımında Fələstinə dəstək verən və İsrail rejiminin Qəzzada törətdiyi soyqırımını pisləyən universitet tələbələri və alimlərin etiraz aksiyasını yüksək qiymətləndirdiyini yazıb.
O, həmçinin bu etiraz aksiyasını bütün universitetlərə yayılacağına ümid etdiyini bildirib və deyib: "Bu etirazlar başqalarına tabeçilik siyasətini üstün tutan və sionist düşmənlə münasibətləri normallaşdırmağa çalışanlar üçün dərsdir".
Kolumbiya Universitetinin tələbələri Fələstin xalqına dəstək üçün aprelin 18-də universitet şəhərciyinə toplaşıblar. Bu aksiyalarda 108 tələbə saxlanılıb.
Fələstin xalqına dəstək nümayişləri ABŞ-ın digər universitetlərinə də yayılıb.
İndiyədək Kolumbiya, Texas, Cənubi Kaliforniya, Ohayo, Harvard, Kaliforniya Tətbiqi Elmlər Universiteti, Emerson Kolleci, Nyu-York, Emori, Miçiqan, Minnesota, Yale Universiteti, Kaliforniya Berkli, Braun, Corc Vaşinqton universitetlərində tələbələrin etiraz aksiyası keçirilib.
4212693