IQNA

Bloomberg: "Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırıb"

10:43 - May 04, 2024
Xəbər sayı: 3495884
İQNA - Bloomberg agentliyinə danışan iki türk rəsminin sözlərinə görə, Türkiyə İsraillə bütün idxal və ixracı dayandırıb.

Bloomberg-ə danışan iki türk rəsminin sözlərinə görə, Türkiyə İsraillə bütün idxal və ixracı dayandırıb.

Bu xəbərdən sonra sionist rejimin xarici işlər naziri İsrael Katz açıqlama verib. Prezident Ərdoğanın İsraillə razılaşmaları pozduğunu bildirən Katz, İsrailin yerli istehsala və digər ölkələrdən idxalına diqqət yetirərək ticari alternativlər yaratmağa çalışacağını bildirib.

Türkiyə Statistika Təşkilatının məlumatına görə, 2023-cü ildə Ankara ilə Təl-Əviv arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib ki, bunun da 76 faizi Türkiyənin ixracatı olub.

Keçən ay Türkiyə Qəzzanın işğalı səbəbilə armaturdan yastı poladdan, mərmərdən keramikaya qədər 54 məhsul qrupunun İsrailə ixracını məhdudlaşdırdı.

captcha